2016-10-20 17:50

Qırışları yox edən soda maskası

Üzdəki qırışların çoxalması insanın yaşlı görünməyinə səbəb olur.

Üzdəki qırışların çoxalması insanın yaşlı görünməyinə səbəb olur.

LiderXeber.az-ın məlumatına görə, qırışlarla mübarizədə təsirli vasitələrdən biri də sodadır. Soda üzdəki bakteriyaları yox edərək məsamələri açır və dərinin nəfəs almasına kömək edir.

Hazırlanması və tətbiqi:

2 xörək qaşığı sodanı stəkana tökün və qarışdırın. Barmaqlarınızı bu sodalı su ilə isladaraq üzünüzdə istədiyiniz bölgəyə sürtün və sodanın üzünüzdə qurumasını gözləyin. 15-20 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun. Son olaraq dərinizə uyğun nəmləndirici kremdən istifadə edin.

Sodalı su ilə üzə qulluq qara nöqtələrin və sızanaqların meydana gəlməsinin də qarşısını alır.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı