2016-10-20 11:41

ANS-in tanınmış aparıcısı yeni işdə

İlkin Kərimov ANS-də də bir neçə proqramın aparıcısı və redaktoru olub.

ANS telekanalının daha bir tanınmış simasının yeni iş yeri bəlli olub.
 
LiderXeber.az-ın xəbərinə görə, İlkin Kərimov bir neçə gündür ki, "ASAN radio"da fəaliyyətə başlayıb. Kərimov burada "Xəbərlər" proqramının aparıcısı və redaktoru kimi fəaliyyət göstərəcək.
 
Keçmiş ANS-çi xəbəri təsdiqləyib.
 
Qeyd edək ki, İlkin Kərimov ANS-də də bir neçə proqramın aparıcısı və redaktoru olub.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı