2016-10-19 16:12

Qulu Məhərrəmli sayt açdı

Tanınmış jurnalist Qulu Məhərrəmli “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə sayt yaradıb.

Tanınmış jurnalist Qulu Məhərrəmli "Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə sayt yaradıb.
 
LiderXeber.az-ın xəbərinə görə, bu haqda Modern.az-a danışan jurnalist deyib ki, baş redaktoru olduğu Azleks.az və Orfoqrafiya.az saytları tam pulsuz şəkildə xidmət göstərir:
 
"Bu, bir kommersiya işi deyil. Burada məqsəd ana dilinə xidmətdən gedir. Biz bunu faydalı bir topluya çevirmək istəyirik. Bununla mən, Dilçilik institutunda eləyə bilmədiklərimin bir qismini reallaşdırmağa çalışıram".
 
O, elektron lüğətlər toplusunun insanlar üçün faydalı olacağına inandığını qeyd edib.
 
Qulu Məhərrəmli jurnalistlərə də müraciət edib:
 
"Hörmətli media nümayəndələri və gənc həmkarlarım!
 
Sizlərdən Azərbaycan dilinin bu və ya başqa problemləri, daha çox hansısa sözün düzgün yazılışı, yaxud tələffüzü ilə bağlı çoxlu suallar alıram. Özünüz şahidsiniz ki, imkan daxilində bu sualları məmnuniyyətlə də cavablandırıram. Təəssüf edirəm ki, bəzən dərsdə və ya hər hansı toplantıda olduqda telefon zənglərinizə və suallarınıza cavab verə bilmirəm. Buna görə də sizə yardımçı olmaq üçün "azleks.az" və "orfoqrafiya.az" saytlarının xidmətlərindən istifadə etmənizi məsləhət görürəm. Elekrtron lügətlər toplusu olan bu saytların sizlər üçün faydalı olacağına, lazımınca bəhrələnəcəyinizə ümid edirəm. Ana dilimizin keşiyində dayanan hər kəsə uğurlar!!!”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı