2016-10-19 16:44

Şəkidə doğuş faciəsi

Doğuş zamanı uşaq dünyasını dəyişib.

Şəkidə körpə doğuş zamanı ölüb. 

LiderXeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini İlyaslı Aidə Bəxtiyar qızı ötən gün Şəki Regional Perinatal Mərkəzə gətirilib.

Doğuş zamanı uşaq dünyasını dəyişib.

Şəki Regional Perinatal Mərkəzdən isə uşağın doğuş zamanı ölmədiyi, körpənin ölü doğulduğu bildirilib.

Qeyd edək ki, bu, A.İlyaslının birinci hamiləliyi idi.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı