2016-10-19 09:53

Prezident İlham Əliyev Qazaxda yol açılışı etdi - FOTO

Prezident yol açılışında.

Bu gün Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı olub.

LiderXeber.az xəbər verir ki, tədbirdə prezident İlham Əliyev də iştirak edib.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə prezidentin 2016-cı il 19 avqust tarixli sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı