2016-10-18 10:05

Xocasənlilər qaza görə yol kəsdilər - VİDEO

Xocasən qəsəbəsinin sakinləri yolu kəsməyə cəhd ediblər.

Oktyabrın 17-də Xocasən qəsəbəsinin sakinləri yolu kəsməyə cəhd ediblər.

LiderXeber.az meydan tv-yə istinadən xəbər verir ki, hadisə yerinə gələn Post Patrul xidmətinin əməkdaşları sakinlərin yolu kəsmələrinə mane olub.

Etirazçılar deyir ki, yağışlı havada onları bir araya gətirən problemləridir. Evlərinə qaz gəlmir.
 
Xocasənlilər prezidentə müraciət yollamaq üçün imza toplayırlar. Aksiya iştirakçılarının deməsinə görə, Xocasənə 4 ildən çoxdur qaz verilmir. Balon qazından istifadə etdiklərinə görə, evi yananlar da olub.
 
Aksiyanı eşidib gələn Xocasən bələdiyyəsinin sədri Anar Abbasov bildirib ki, havanın sərtləşdiyinə görə ümumi qaz çatışmazlığı yaranıb. Sakinlər isə yay-qış qazsız yaşadıqlarını deyir.
 

Xocasənlilərin etirazlarından sonra hadisə yerinə gələn Binədi rayon Qaz İstismarı İdarəsinin nümayəndəsi də bildirib ki, günorta saatlarında qaz veriləcək.


Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı