2016-10-17 15:45

Saçlarınızı tez uzadacaq maskalar

Xanımlar hər zaman saçlarının gec uzanmasından şikayətlənir.

Bəzi evdə hazırlanan təbii maskalarla saçları tez uzada bilərsiniz.

LiderXeber.az sizə asan hazırlaya biləcəyiniz maskalar təqdim edir:

- Yumurtanın sarısını saçlarınıza sürtüb, sellofanla bağlayın. Bir neçə saatdan sonra yuyun. Saçlarınızı darayıb, dibini masaj etmək qan dövranını yaxşılaşdırıb, uzanmasına kömək edəcək.

- Qaynadılmış kartof suyunu, bal və yumurta sarısını qarışdırıb, hazırladığınız maskanı saç dibinizə sürtün. Bir az saxladıqdan sonra yuyun.

- Alma sirkəsi saç köklərini qidalandıracaq və uzanmasına kömək edəcək.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı