2016-10-17 10:18

Bakıda qaz problemi var? - Rəsmi açıqlama

“Hazırda Bakıda təbii qazın verilməsində heç bir məhdudiyyət yoxdur”

"Hazırda Bakıda təbii qazın verilməsində heç bir məhdudiyyət yoxdur”

LiderXeber.az xəbər verir ki, bunu AzVision.az-a "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Bakı, Bakı ətrafı kənd və qəsəbələrdə əhalinin təbii qazın verilməsi ilə bağlı şikayətlərinə münasibət bildirərkən deyib.

Qurum rəsmisi qeyd edib ki, havaların qəfil dəyişməsi nəticəsində mavi yanacaqla bağlı problem olan ərazilərdə "Azəriqaz”ın əməkdaşları operativ iş aparır.

"Mavi yanacağın verilməsində problem olan ərazilərdə əməkdaşlarımız tərəfindən tənzimləmə işləri aparılır. İş bu gün də davam etdirilir və əhali təlabata uyğun mavi yanacaqla təmin olunur”. 

İ.Kərbalıyev vurğulayıb ki, qaz problemi ilə əlaqədar "Azəriqaz”a kütləvi müraciət daxil olmayıb: "Qarşıdakı günlərdə havalar daha soyuq keçərsə, əhalinin təlabatına uyğun mavi yanacaqla təmin olunması davam edəcək. Heç bir sıxıntı yaşanmayacaq”.

Aylin Vəliyeva

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı