2016-10-17 10:04

Azərbaycana qar yağdı - FOTO

Quba rayonuna qar yağıb.

Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.

LiderXeber.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox qar rayonun Xınalıq kəndinə düşüb.

Burada qarın hündürlüyü 18 sm-ə çatıb. Temperatur isə mənfi 5,5 dərəcəyə enib.

Qonaqkənddə isə qarın hündürlüyü 11 sm-dir. Qubanın digər dağlıq ərazilərinə də qar yağıb. Həmin ərazilərdə qarın qalınlığı 1-5 sm-dir.

Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 5 sm-ə qədərdir.



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı