2016-10-15 12:52

Deputatdan pambıq yığan həkimlərə etiraz

"İməclik ancaq iş vaxtı olmayanda və ya işdən sonra edilə bilər"

Son bir neçə gün təhsil, səhiyyə və mədəniyyət işçilərinin pambıq tarlalarından şəkilləri ictimaiyyət tərəfindən müzakirə olunur.

İş vaxtı həkimlərin, müəllimlərin, muzey işçilərinin işlərində deyil də, sahə olması və pambıq yığmaları birmənalı qarşılanmır. Bir çoxları Sovet dönəmində yaşanan hadisələrə diqqət çəkməyə çalışır. 

LiderXeber.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli AzVision.az-a açıqlamasında həkimlərin, müəllimlərin və muzey işçilərinin işdən uzaqlaşıb pambıq yığmalarını yaxşı qarşılamayıb. O bildirib ki, hər kəsin işi var və öz işində çalışmalıdır.

"Saytlarda bu tip xəbərləri oxudum və onların nə dərəcədə doğru olduğunu bilmirəm və fikir söyləyə də bilmərəm. Dünyada belə bir təcrübə var ki, işdən əlavə insanlar başqa nələrsə edə bilər. Dünyanın başqa yerlərində ola bilsin ki, belə hadisələr olsun. Amma səhiyyə, təhsil, mədəniyyət işçilərinin öz işi var və öz işləri ilə məşğul olmalıdır”. 

H.Rəcəbli vurğualyıb ki, iməclik ancaq iş vaxtı olmayanda və ya işdən sonra edilə bilər: "Hər kəsin işi var və öz işini yerinə yetirməlidir. Başqa şey ola bilməz. İşdən sonra, istirahət günü kim nə işlə məşğuldursa, ona heç kim heç nə deyə bilməz”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı