2016-10-14 13:05

Azərbaycanda şəhid ailələrinə daha bir güzəşt

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərinin təhsil haqqından azad edilməsi mümkün olacaq.

LiderXeber.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar arasında olan şəxslərdən AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura pilləsində oxuyanların da təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Təklif olunan dəyişikliklər "Təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Bundan başqa, "Təhsil haqqında" qanun layihəsinə yeni məzmunda maddə əlavə edilib. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat - magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı