2016-10-13 11:15

Azərbaycanda daha bir telekanalın fəaliyyəti dayandırıldı - Açıqlama

İnteraz TV bağlanıb?

İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb. Dünən günorta saatlarından etibarən televiziyanın yayımı dayandırılıb.

LiderXeber.az xəbər verir ki, İnteraz TV-nin əməkdaşları faktı AzVision.az-a təsdiq ediblər.

Bildirilib ki, TV-nin yayımı "Azərspace" peykində yaranmış problemlərlə əlaqədar müvəqqəti dayanıb: "Bu sırf texniki məsələdir. Televiziya bağlanmayıb. Sadəcə peykdə problemlər olduğu üçün fasilə yaranıb. Həll olunduqdan sonra izləyicilər yenə bizə baxa biləcəklər. Hazırda Rusiya peykindən yayımımız davam edir. Eyni zamanda internet vasitəsi ilə də bizi izləyə bilərlər”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı