2016-10-12 12:13

Müəllimlər pambıq yığmağa aparılır? - Rəsmi açıqlama

Bu informasiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Hacıqabul rayonunda təhsil işçilərinin pambıq yığımına cəlb edilməsi ilə bağlı mətbuatda bir sıra məlumatlar yayılıb.

SSRİ zamanında olduğu kimi təhsil işçilərinin, müəllim və şagirdlərin tədrisdən yayındırılaraq pambıq yığımına cəlb edildiyi bildirilir. Bu informasiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

LiderXeber.az xəbər verir ki, AzVision.az məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənib.

Bildirilib ki, Hacıqabul rayon Təhsil Şöbəsi rəsmi şəkildə sosial şəbəkələrdə rayonda təhsil işçilərinin pambıq yığımına cəlb edilməsi ilə bağlı dərc olunmuş informasiyalarla əlaqədar Təhsil Nazirliyinə məlumat verib. 

Məlumatda qeyd edilib ki, rayonun ümumtəhsil məktəblərinin müəllimlərindən və şagirdlərindən heç kim pambıq yığımına cəlb edilməyib və bu məlumatlar yalnışdır.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı