2016-10-11 15:12

Qeysəriyyə əməliyyatından sonra ananın vəziyyəti pisləşib - Sumqayıtda

Sumqayıt şəhər 1 saylı doğum evində doğuş edən Aliyə Əliyevanın vəziyyəti ağırlaşıb.

Sumqayıt şəhər 1 saylı doğum evində doğuş edən Aliyə Əliyevanın vəziyyəti ağırlaşıb.

LiderXeber.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya onun həyat yoldaşı Fərqan Əliyev məlumat verib. 

O bildirib ki, oktyabrın 1-də həyat yoldaşını normal doğuş üçün xəstəxanaya aparıblar: "Ancaq doğuş həkimi Maya xanım normal doğuş ola bilməyəciyini deyərək qeysəriyyə əməliyyatı edib. Uşağın mikroblu olduğunu bildirərək ona ağır antibiotiklər veriblər. 42 faiz qanı olan xəstəni əməliyyata salıblar. O əməliyyat zamanı daha da qan itirib. Evə buraxdılar. Bir həftədən sonra vəziyyəti ağırlaşdı. Mərkəzi xəstəxanaya apardıq. Müayinə zamanı bəlli oldu ki, əməliyyat zamanı xəstəyə mikrob salıblar. Hazırda vəziyyəti ağırdır. Sumqayıt 1 saylı doğum evinin həkimləri isə bunları qəbul etmir və bizə göndəriş vermir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova şikayətlə bağlı "Qafqazinfo”ya açıqlama verib. Onun sözlərinə görə, uşağın çəkisi böyük olduğundan dolayı həkimlər qeysəriyyə əməliyyatı ediblər: "Mikrob düşməsinin təsdiq etmək üçün analizlər aparılmalıdır. İndi qadının səhhətində problemlər var. Müalicə alır. Artıq xəstəxana tərəfindən ona göndəriş də verilib”

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı