2016-10-11 14:15

Tələbənin intiharı ilə bağlı açıqlama: "Özünə qapanmışdı..."

stintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.

LiderXeber.az xəbər verir ki, Ali Neft Məktəbinin mətbuat xidmətindən AzVision.az– a verilən məlumata görə, hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, son vaxtlar tələbə özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib. BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırblar. 

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı