2016-10-08 11:53

Azərbaycanda 31 həkim imtahandan keçə bilmədi

İmtahanda 168 həkim iştirak edib.

Səhiyyə Nazirliyinin 5 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb.
 
LiderXeber.az-ın xəbərinə görə, imtahanda 168 həkim iştirak edib, onlardan 31-i imtahandan keçə bilməyib.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı