2016-10-07 10:15

"Zapravka"ların fırıldağı: Sayğac işləyir, benzin isə vurulmur - VİDEO

Görüntülərdən sayğacın yanacaq getmədən də çalışdığı aydın olur.

Yanacaqdoldurma məntəqələrində müştərilərin aldadılması ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.

LiderXeber.az xəbər verir ki, müştərilərdən biri isə bu prosesin necə baş verdiyini lentə almağı bacarıb. Görüntülərdən sayğacın yanacaq getmədən də çalışdığı aydın olur. Yanacaq doldurma tapanaçasını aşağı əydikdə sayğac çalışır, yuxarı qaldırdıqda isə dayanır. Bu isə yanacaq doldurmaq istəyən müştərilərin aldadılmasına səbəb olur.

Məlumat üçün bildirək ki, görüntülər Los Ancelesdə çəkilib.

Sözügedən videonu təqdim edirik:/avtosfer.az/



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı