2016-10-06 12:13

Uşaqlar təhsildən niyə yayınır? - Rəsmi cavab

"İcbari ümumi orta təhsildən yayınma halları son illərdə əhəmiyyətli dərəcədə azalıb”

LiderXeber.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. 

Mətbuatda şagirdlərin dərsdən yayınması ilə bağlı yazılan məlumatlara münasibət bildirən şöbə müdiri qeyd edib ki, şagirdlərin icbari təhsildən yayınmasının müxtəlif səbəbləri var. 

"Buna miqrasiya məsələsi, uşaq ölümləri və uşaqların səhhətində yaranan problemlər səbəb olur. Məsələn, uşağı birinci sinfə Azərbaycana gəlirsə, sonrakı illərdə ölkəni tərk edir və icbari təhsildən çıxır. Ölüm halları və uşaqların sağlamlığında yaranan problemlər də icbari təhsildən yayınmaya səbəb olur”.

E. Əmrullayev bildirirb ki, icbari təhsildən yayılan şagirdlərin sayı çox deyil. "Bizim hesablarımza əsasn 1,3-2 faiz şagirdlərin birinci sinifə gəlməsi ilə altıncı siniflər arasında fərq var. Digər tərəfdən əvvəllər şagirdlərin qəbulu elektron qaydada aparılmırdı. Yazılan rəqəmlərə əsasən şişirdilmiş statistika alınırdı. Həmçinin həmin illərdə valideynlər uşaqlarını iki dəfə birinci sinifə qoyurdu ki, uşaq yaxşı oxumur. Amma indi bu yoxdur". 

Şöbə müdiri bölgələrdə qızların icbari təhsilə cəlb olunması ilə bağlı problemlərin olduğunu deyib: "2003-cü ildə 25-26 faiz şagird 1 yaş gec olaraq tədrisə başlayıb. 2014-cü ildə isə bu rəqəm 10 faizə düşüb. Vaxtından gec tədrisə başlayan şagirdlərin "2” alma ehtimalı daha çoxdur. Nəticədə o illərdə qəbul olunan uşaqların əlsəriyyəti aşağı nəticə göstərir. Şagirdin "2” almasının digər səbəbi davamiyyətinin aşağı olmasıdır. Ötən il 6 bölgədə sıx monitorinqlər aparılıb. Astara rayonunda 22 faiz, Ağcabədi rayonunda 14 faiz yaxşılaşma qeydə alınıb”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı