2016-10-06 11:32

“WhatsApp”da yeni funksiyalar

Yeni imkanlar, hələ ki “Android” qurğu istifadəçilərinə əlçatandır

"WhatsApp” messenceri fotoşəkillərin redaktəsi üçün yeni funksiyalarını təqdim edib. İndi tətbiqin istifadəçiləri şəklin üzərinə mətn əlavə edə, rəngi və şrift üslubunu dəyişdirə, həmçinin rəsm çəkə bilərlər. Bu haqda şirkətin bloqunda məlumat verilib.

LiderXeber.az-ın məlumatına görə, bundan başqa, videonun yaxınlaşdırılması imkanı, mobil qurğunun ön və əsas kameraları arasında sürətli keçid etmək imkanı əlçatan olub: bunun üçün smartfonun ekranına ani anda iki dəfə sıxmaq lazımdır.

Ancaq yeni imkanlar hazırda yalnız "Android” qurğu istifadəçilərinə əlçatandır. "App Store” tətbiqlər mağazasında "iOS” platforması üçün versiya daha sonra yerləşdiriləcək./ICTnews/

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı