2016-10-05 14:51

41 həkim imtahandan kəsilib

2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir.

Səhiyyə Nazirliyinin 29-30 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

LiderXeber.az -ın məlumatına görə, imtahanlarda ümumilikdə 214 həkim iştirak edib, onlardan 41-i imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı