2016-10-05 09:56

Səyyar ASAN 10 məntəqədə vətəndaşların xidmətində

Səyyar ASAN xidmət bölgələrdə.

Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu "ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda vətəndaşların xidmətlərdən yararlanmaları üçün oktyabr ayı ərzində aşağıdakı 10 regionda əhaliyə xidmətlər göstərəcək: 

Qobu 
Biləcəri
Ucar 
Şabran
Lerik 
Goranboy
Ağdaş 
İsmayıllı
Salyan 
Neftçala

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı