2016-10-01 12:05

Məktəb direktoru yayılan şaiyə haqqında açıqlama verdi - FOTO

"Məktəbimizdə bu cür hala rast gəlinə bilməz".

Ötən gün yerli mətbuatda Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada məktəbin direktoru Əkbər İsmayılovun valideyn komitəsinin sədrinə "Müəllimlər günü”nə dair pul yığılması ilə bağlı tapşırıq verdiyi barədə məlumat yayılmışdı. 

Məlumatda bildirilirdi ki,Valideyn komitəsinin sədri hər valideyndən 10 manatdan pul yığır. 

Məsələ ilə əlaqədar Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Əkbər İsmayılov LiderXeber.az-a münasibət bildirib. 

Ə. İsmayılov qeyd edib ki, məktəbdə "Müəllimlər günü” ilə əlaqədar pul yığılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: "Direktor olaraq bütün pedaqoji kollektivə tapşırmışam ki, məktəbdə heç bir pul yığıla bilməz. Məktəbdə pul yığılması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil və yanlışdır. Bizim məktəbdə elə bir söhbət olmayıb və bundan sonra da olmayacaq.”

Qeyd edək ki, Təhsil Nazirliyi bir müddət öncə bəzi məktəblərdə 5 oktyabr Müəllimlər günü ilə bağlı pul yığılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov təmsil olunduğu qurumun mövqeyini açıqlayıb: "Bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı "qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq.



Səbuhi Vaqifoğlu

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı