2016-09-30 09:28

Bu gün bu rayonlarda qaz olmayacaq

Bakının iki rayonunda təbii qaz olmayacaq.

Bu gün Bakı şəhəri Nizami rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən LiderXeber.az-a verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız –qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabr ın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı