2016-09-29 14:51

“Space”in radiosu bağlandı

“Space 104 FM” radiosu bağlandı

Bu gün səhərdən etibarən "Space 104 FM” radiosunun yayımı dayandırılıb.

LiderXeber.az xəbər verir ki, bu barədə "Ölkə.az” saytına Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.

Məlumata görə, "Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:

"Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı