2016-09-29 13:37

Sumqayıtda yanğın nəticəsində zərər çəkən yerli sakinlərlə bağlı müvafiq komissiya yaradılıb - VİDEO

Ərazidəki elektrik xətlərinin bərbad vəziyyətdə olması yanğın təhlükəsinə daha çox zəmin yaradır.

LiderXeber.az İnterAz-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı müvəqqəti yaşayış barakında baş verən yanğından bir neçə gün ötməsinə baxmayaraq yerli sakinlər aidiyyatı quqrumlar tərəfindən hələ də bir tədbirin görülməməsindən şikayətçidilər.

Nəzərə alsaq ki, qarşıdan soyuq qış ayları gəlir bu, evsiz, körpə uşaqlı ailələrin acınacaqlı vəziyyətini daha da artırır.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb, sakinlərin müvəqqəti məskunlaşması üçün işlər gedir. Qurumdan o da bildirildi ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də məsələ ilə bağlı hər hansı bir təklifi olacaq.

Onu da bildirək ki, ərazidəki elektrik xətlərinin bərbad vəziyyətdə olması yanğın təhlükəsinə daha çox zəmin yaradır.

Qeyd edək ki, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı müvəqqəti yaşayış barakında yanğın baş verib. Anidən başlayan yanğın bir anda bütün binanı əhatə edib. Nəticədə bir birinə bitişik olan barak tipli evlər yanıb. Sakinlərə ciddi ziyan dəyib. Sumqayıt şəhər Fövqaladə Hallar Nazirliyinin yanğın söndürmə bölməsindən verilən məlumata görə, hadisə ilkin ehtimala görə, qısa qapanmadan baş verib. Hadisə yerinə Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin Sumqayıt şəhər şöbəsindən və Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətliləri tərəfindən baxış keçirilib.



Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı