2016-09-24 10:44

Whatsapp-dan daha bir yenilik

Kodu yığa bilməyən əlini üzsün...

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" yenilik etməyə hazırlaşır.

LiderXeber.az xəbər verir ki, yenilik "WhatsApp"a giriş ilə bağlı olacaq. Belə ki, "WhatsApp"a girmək üçün 6 rəqəmli koda ehtiyac olacaq. Bu kodu siz özünüz təyin edəcəksiniz və kodu bilməyən şəxs sizin mesajlarınızı oxuya bilməyəcək.

Qeyd edək ki, yenilik əsasən android platformalı telefonlar üçün nəzərdə tutulacaq./milli.az/

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı