2016-09-23 13:48

3 ali məktəbin akkreditasiyası başa çatdı

Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti, Bakı Biznes və Naxçıvan Özəl universitetlərinin akkreditasiya müddəti başa çatıb.

Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti, Bakı Biznes və Naxçıvan Özəl universitetlərinin akkreditasiya müddəti başa çatıb.
 
LiderXeber.az-ın məlumatına görə, bu ali təhsil müəssisələrinin yenidən akkreditasiyadan keçirilməsi üçün Təhsil Nazirliyində müvafiq Akkreditasiya komissiyaları yaradılıb. Həmin komissiyalar sözügedən müəssisələrdə təhsil prosesinin təşkilinin, onların maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə təhlillər aparacaqlar.
 
Komissiyaların yekun arayışı Akkreditasiya Şurasında müzakirə olunacaq və təhsil müəssisəsinin statusunu müəyyənləşdirməklə onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul ediləcək.
 
Qeyd edək ki, ali təhsil müəssisələri yalnız müvafiq dövlət standartlarının tələbləri çərçivəsində akkreditasiyadan keçdikdən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərə bilərlər.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı