2016-09-21 12:47

Əməkdar artistin ölkədən çıxışına qadağa qoyuldu

Abbasın ölkədən çıxışına qadağa qoyuldu.

Ötən gün Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

LiderXeber.az xəbər verir ki, siyahıda Azərbaycanın əməkdar artisti Abbas Bağırov da var.

Xatırladaq ki, Vergilər Nazirliyi Abbası vergi ödəmədiyi üçün 30 min manat dəyərində cərimələmişdi. 

Müğənni isə vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı