2016-09-19 14:10

Dərini cavanlaşdıran maskalar

Yayda günəş şüalarının üz dərisinə təsiri payızda daha çox büruzə verir.

Yayda günəş şüalarının üz dərisinə təsiri payızda daha çox büruzə verir. Dəri təbii görünüşünü itirir. 

LiderXeber.az xəbər verir ki, bunun üçün dərini yeniləyəcək maskalardan istifadə etmək lazımdır.

Sizə üz dərisini yeniləyəcək, təravətləndirəcək maskalar təqdim edir:

- 1 xörək qaşığı bala 2 ədəd əzilmiş badam qatın. Daha sonra 1 çay qaşığı limon şirəsi tökün, qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

- 1 kasa qatığa 1 çay qaşığı razyana toxumu və bitkisinin əzilmiş yarpaqlarını töküb qarışdırın. Üzə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyun. Hər gün bu maskadan istifadə etsəniz, dəriniz cavanlaşacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı