2016-09-16 18:40

Füzuli Dövlət Dram Teatrı XXVIII mövsümünü Ş.Qurbanovun "Olmadı elə, oldu belə” əsəri ilə açdı - FOTO

Tamaşa "N” saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim olunub.

Füzuli Dövlət Dram Teatrı XXVIII mövsümünü 16.09.2016-cı il tarixində Ş.Qurbanovun "Olmadı elə, oldu belə” əsəri ilə açdı.

Teatrın mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, tamaşa "N” saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Məryəm Məmmədova, İntizar Quliyeva, Vaqif Rəhimov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, Vüqar Babayev və başqaları çıxış edir.

Tamaşa qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tamaşanın sonunda çıxış edənlər tamaşadan razı qaldıqlarını bildirdilər və kollektivə gələcək işlərində uğurlar arzuladılar.









Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı