2016-09-15 19:09

“Kurtlar Vadisi Pusu”da yeni sima - FOTO

“Kurtlar Vadisi Pusu”ya daha bir aktyor cəlb olunub.

Yeni mövsüm üçün aktyor heyətini formalaşdırmağa çalışan "Kurtlar Vadisi Pusu”ya daha bir aktyor cəlb olunub.

LiderXeber.az xəbər verir ki, serialı çəkən "Pana Film” "Memati” rolunu canlandırmış Gürkan Uygunun yerini doldurmaq üçün Uğur Pektaşla danışıqlar aparıb.

"Arka Sokaklar” serialında "Murad” rolu ilə yaddaşlarda iz buraxan U.Pektaş uzun danışıqlardan sonra "Kurtlar Vadisi Pusu”da oynamağa razılıq verib.

Qeyd edək ki, serialın hələlik hansı kanalda yayımlanacağı bəlli deyil. "Pana Film” bir yandan da kanallarla danışıq aparır./axsam.az/



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı