2016-09-09 17:56

Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin

Qayğılar, stress, gərginlik çox zaman unutqanlığa səbəb olur.

Qayğılar, stress, gərginlik çox zaman unutqanlığa səbəb olur. 

LiderXeber.az xəbər verir ki, gün keçdikcə də unutqanlıqdan şikayətlənən insanların sayı artmağa başlayır.

Tez-tez evin başqa bir otağına gedib, "mən bura niyə gəlmişdim?” və ya şkafı açıb "mən buradan nə götürməliydim?” deyirsinizsə, demək artıq unutqanlıqla baş-başasınız. Mütəxəssislər unutqanlığı aradan qaldırmaq üçün düzgün qidalanmanı məsləhət görür. Unutqanlıq problemi ilə qarşı-qarşıya qalanlar üçün məsləhət görülən 8 qida haqqında məlumat veririk.

1. İki gün balıq yeyin: Omeqa 3 yağ turşuları ilə zəngin qidalanmaq yaddaşsızlıq riskini azaldır. Unutqanlığın qarşısını almaq üçün həftədə 2 gün balıq yemək şərtdir.

2. Üç ədəd qoz: Qoz omeqa 3 yağ turşusu baxımından ən zəngin qidalardan biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz yeyin.

3. Bir ovuc kişmiş: Xüsusilə quru üzüm zehni qüvvətləndirir. Unutqanlığı məğlub etmək üçün hər gün bir ovuc yeyin.

4. Moruq: Gümrahlıq verir, zehni yorğunluğu aradan qaldırıcı gücə malikdir.

5. Kərəviz: Sinir yorğunluğunu və unutqanlığı aradan qaldırır.

6. Tünd şokolad: Kakao və tərkibindəki flavonlar səbəbindən beyindəki qan axımını sürətləndirir.

7. Ciyər: Beyin və sinir hüceyrələrini inkişaf etdirir. Yaddaşsızlıq və unutqanlıq xəstəliyinə qarşı təsirlidir.

8. Qərənfil çay(mixək)ı: Qərənfil (mixək) adi çay kimi dəmlənib içildikdə yaddaşı gücləndirir, zehni canlandırıb unutqanlığın qarşısını alır.

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı