2016-09-07 09:27

"Kurtlar Vadisi Pusu" ilə bağlı gözlənilən xəbər gəldi

“Kurtlar Vadisi” bu kanalda yayımlanacaq.

Türk televiziya tarixinin ən uzun seriallarından olan "Kurtlar Vadisi Pusu”nun yeni mövsümdə yayımlanacağı kanal bəlli olub.

LiderXeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi yenə də Kanal D ekranlarında tamaşaçısı ilə görüşəcək.

Baş rollarında Necati Şaşmaz, Defne Samyeli, Cahit Kayaoğlu, Erhan Ufak kimi aktyorların iştirak etdiyi serial sentyabr ayının ortalarında yayımlanmağa başlayacaq.

Xatırladaq ki, serialı ərsəyə gətirən şirkət "Kurtlar Vadisi Pusu”nun yeni mövsümdə Kanal D-də yayımlanmayacağını bildirmişdi.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı