2016-08-27 10:46

“Kurtlar Vadisi”ndə çəkilən aktyorlara qadağa

Məşhur aktrisa Seray Sever “Eşkiya dünyaya hökmdar olmaz” serialında rol ala bilməyəcək.

Məşhur aktrisa Seray Sever "Eşkiya dünyaya hökmdar olmaz” serialında rol ala bilməyəcək.

LiderXeber.az xəbər verir ki, ekran işinin təşkilatçıları aktrisanın "Kurtlar Vadisi” serialında yer aldığı üçün belə bir qərar verib.

"Daha əvvəl "Kurtlar Vadisi”ndə rol alanlar "Eşkiya dünyaya hökmdar olmaz” heyətinə girə bilməz. Belə bir qərar alınıb, çox üzüldüm”,-deyə aktrisa söyləyib.

Xatırladaq ki, Necati Şaşmaz ilə Raci Şaşmaz arasında yaşanan mübahisə nəticəsində Raci "Pana” filmdən ayrılıb, sözügedən serialı çəkməyə başlayıb.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı