2014-04-23 16:06

Müasir gənclik. İstəklərimiz və arzularımız

Gənclik anlandıra bilərdim məqaləni. Amma "Müasir gənclik " adlandırmağı seçdim. Doğurdan da, çağdaş nəsil dəyişib. Bəlkə, də yaşlıların "zəmanə dəyişib " sözü bundan irəli gəlir. Baxmayaraq ki, bunu birmənalı anlamaq olmaz.

Bəs gənclər nə istəyir? Onlar istəklərinə yetərincə aludə ola bilir mi? Təbii ki, bu suala bir çox cavabı vermək olar. Bir gənc olaraq istəklərimizdən yazacam bu gün sizə. İstəklərimiz və arzularımız.

Əvvəlcə bu sualı özümə verdim. Sonra isə, digər gənclərə. Əslində çox şey istəmir gənclərimiz. Qınaq obyetkinə çevrilən gənclərimiz. Sosial şəbəkələrdə, yaşlıların dilində qınanan, bəyənilməyən gənclərimiz. Hər nə qədər qınanılsalar da, bəziləri bunu duymamazdan gəlir, olduğu kimi davam edir. Əllərində təsbeh tin kənarında, çayxanalarda söhbət çürüdən,yoldan keçənlərə söz atan, özündən böyüklərə hörmət etməyib, təhqirlərə boğan,sosial şəbəkələrdən ancaq tanış olmaq məqsədilə istifadə edən, məqsədsiz yaşayan gənclərimiz. Amma nədənsə ,hər kəs bu gəncliyimizdən yazır. Yəni bütün gənclər belədirmi? Heç mi dolu tərəfi yoxdur,stəkanın? Varsa, niyə də bundan yazmayaq?

Doğrusu , hər kəsin korlanan gənclik barədə yazması, çağdaş gəncliyi qınaması ,bu nəsil hara gedir belə, deməsi düşündürdü məni. Əslində gənclərin əsas istədikləri asudə vaxtlarını maraqlı keçirə bilməsidir ki, bunun üçün əllərində çox gözəl imkanlar var və istifadə edirlər də. Kitabxanalar boş qalmır, tozlanmır, əslində. Hətta ,elə gənclər tanıyıram ki, evləri sanki, kiçik kitabxanadır. Hələ interneti demirəm. Bircə "wikipedia " saytını hər gün yüzlərlə Azərbaycan gənci açır, oxuyur, məlumatlanır.

Gənclərimiz irəliyə doğru addım atır. Keçirilən tədbirlər ,müsabiqələr, təqdimat mərasimləri - bütün bunlar gənclərin ixtiyarındadır və gənclər həqiqətən də layiqincə öhdəsindən gəlirlər .

Soraqları xarici ölkələrdən gəlir,gənclərimizin. Gündən- günə ucalırlar. Formalaşır gəncliyimiz- maraqları, əhatələri, düşüncələri, yaşam tərzləri və s. Buna maneə olanlar da olur ,əlbət. Məsələn, gənclərimiz xaricdə təhsil almaq istəyir, amma valideynlər bununla razılaşmır, onların istəklərinə sədd çəkirlər və ya, əhatə dairəsi, mühit. Məncə bu çox önəmlidir, hansı ki, az öncə 2 qrupa böldüyüm gənclik üçün. İnsan həqiqətən də, müəyyən qədər, olduğu mühitə öyrəşir. Əgər gəncsinizsə , çalışın gözəl mühitə düşün. Oxuyun, biliklənin, əylənin. Asudə vaxtınızı gözəl keçirin. Unutmayın ki, gələcək nəsil , geriyə baxacaq və nümunə götürməyə çalışacaq. İzin verin də, edə bilsinlər bunu. Məgər daha parlaq, daha gözəl bir Azərbaycan üçün çalışmırmı bütün gənclər?

Daha da irəliyə gedə bilər, Azərbaycan gənci. Əl-ələ ,çiyin-çiyinə,əllərində kitab, doğru addımlar ilə.

Səma Zadeh

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı