2016-08-23 15:37

Qəlyan siqaretdən daha zərərlidir

Qəlyan çəkmək siqaretlə müqayisədə insan sağlamlığına daha çox zərər vurur.

Dəm qazının böyük həcmdə udulması beyin hüceyrələrini zədələyir, insan huşunu da itirə bilər. Qəlyan çəkmək siqaretlə müqayisədə insan sağlamlığına daha çox zərər vurur. 

Böyük Britaniyanın Səhiyyə Nazirliyi və Siqaretdən İstifadəyə Nəzarət üzrə Mərkəzin apardığı birgə araşdırma nəticəsində bu qənaətə gəlinib.

LiderXeber.az lent.az-a istinadən bildirir ki, qəlyan qanda zəhərli dəm qazının, karbon oksidin miqdarını artırır. Qəlyan çəkənlər bir "seans" zamanı bir siqaret çəkənlə müqayisədə 4-5 dəfə çox dəm qazı udur. Dəm qazının böyük həcmdə udulması beyin hüceyrələrini zədələyir və insanın huşunu itirməsinə də gətirib çıxara bilər.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı