2016-08-22 12:26

Məşhur türk aktyoru ölüb? - Foto - Yenilənib

Kosa ötən gün İstanbulun Kadıköy ərazisində motosiklet qəzası keçirmişdi.

Türkiyənin məşhur aktyoru İsrafil Köse dünyasını dəyişib.

LiderXeber.az xəbər verir ki, bu barədə Cem Yılmaz sosial şəbəkədə məlumat yayıb.

Komediya aktyoru qəzaya düşən İ.Kösenin Haydarpaşa Nümunə Xəstəxanasında öldüyünü qeyd edib:

"Aktyor İsrafil Kosa keçirdiyi yol qəzasından sonra dünyasını dəyişdi, Allah rəhmət eləsin”,- deyə C. Yılmaz bildirib.

Xatırladaq ki, Kosa ötən gün İstanbulun Kadıköy ərazisində motosiklet qəzası keçirmişdi.

***

Aktyorun həyat yoldaşı Şengül Köse mətbuata açıqlama verib.

"İsrafil yaşayır, nəfəs alır. Dualarınıza ehtiyacımız var. İndi komadadır",- deyə xanım Köse bildirib./qafqazinfo/



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı