2016-08-18 11:46

"Rövşən Lənkəraniski qətlə yetirilib" -Millət vəkilindən AÇIQLAMA

"Çox təəssüf, çox dəyərli oğul idi”

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub.

LiderXeber.az xəbər verir ki, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

Bizimyol.info saytı yayılan məlumatla bağlı Rövşən Lənkəranskinin  yaxın qohumu, millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında qətl xəbərinin doğru olduğunu qeyd edib. "Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi.” 

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı