2016-08-12 15:21

Ramil Usubov Sumqayıta yeni rəis göndərdi

Nazir əmr imzaladı.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Nəqliyyatda Polis Baş İdarəsinin Sumqayıt Stansiya xətt şöbəsinə yeni rəis təyin edib.
 
LiderXeber.az xəbər verir ki, nazirin əmri ilə polkovnik-leytenant Surxay Cəfərov bu vəzifəyə təyinat alıb. O, bu vəzifədə mayor Süleyman Qədirovu əvəzləyib.
 
S.Cəfərov bundan əvvəl Abşeron Rayon Polis İdarəsində rəis köməkçisi və Sumqayıt Stansiya xətt şöbəsində rəis müavini işləyib.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı