2016-08-11 10:33

Putin: "Azərbaycan istədiyi yerdən istədiyi silahı almaq imkanına malikdir"

"Rusiya Ermənistana silah çatdırılmasına dair öhdəliklərini yerinə yetirir".

"Rusiya Ermənistana silah çatdırılmasına dair öhdəliklərini yerinə yetirir".

LiderXeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, silahlanma ilə bağlı Rusiyanın Ermənistanla iş üzrə proqramı var: "Ermənistan KTMT-nın üzvü, bizim müttəfiqimizdir, bizim qarşılıqlı vəzifələrimiz mövcuddur. Rusiya hər zaman öhdəliklərinə sadiqdir və hər zaman onları yerinə yetirir".

Rusiya lideri əlavə edib ki, müasir silah bazarında hər ölkə istənilən silahı ala bilər: "Belə ölkələrdən biri də Azərbaycandır. Neft ölkəsi olan, sürətlə inkişaf edən iqtisadiyyata, kifayət qədər böyük qızıl-valyuta ehtiyatına malik Azərbaycan əlbəttə ki, istədiyi yerdən istədiyi silahı almaq imkanındadır".

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı