2016-07-18 10:23

Deputat:"Sumqayıt məişət tullantıları poliqonunda zibilin yandırılması ciddi ekoloji problemdir"

"Həqiqətən də son bir ayda şəhərdə, xüsusi ilə şəhərin giriş hissəsində kəskin iy-qoxu var.

"Azərikimya” İstehsalat Birliyində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə Sumqayıt şəhərində son dövrlərdə aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən layihələrin müzakirəsinə həsr olunmuş görüş-diskussiya keçirilib.

Görüş yeni salınan Sumqayıt bulvarı ilə tanışlıqla başlayıb. Daha sonra isə çay süfrəsi ətrafında şəhərimizdə son dövrlərdə aparılan, eləcə də görülməsi nəzərdə tutulan işlər barədə müzakirə aparılıb.

"Azərikimya” İB-nin Müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayev bildirib ki, həmişə kreativ ideyaların tərəfdarı olub və biz bu baxımdan maraqlı təkliflərlə çıxış etməliyik. Xeberle.com olaraq şəhərimizdə son dövrlərdə reallaşdırılan layihələr haqqında öz müsbət fikrimizi bildirdik. Amma bu layihələrə kölgə sala biləcək müəyyən problemlərə də münasibət bildirməyi özümə borc saydım. Belə ki, şəhərimizdə son bir ayda unudulmaqda olan ekoloji problem yenidən gündəmə gəlib. Buna səbəb isə Təmizlik Departamentinin balansında olan məişət tullantıları poliqonunda qanunsuz olaraq zibilin yandırılması, yanğınlar törədilməsidir. Bunun nəticəsi olaraq Sumqayıt şəhərinin sakinləri təmiz havadan məhrum olur, havaya qara tüstü və zəhərli qoxu yayılır, nəticədə müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına münbit şərait yaranır. Muxtar Babayev də öz növbəsində bu problemin yenidən baş qaldırdığını müşahidə etdiyini bildirdi: "Həqiqətən də son bir ayda şəhərdə, xüsusi ilə şəhərin giriş hissəsində kəskin iy-qoxu var. Biz də bilirik ki bu hadisə həmin məişət tullantıları poliqonundan qaynaqlanır. Keçən il bu problemin həll olunması üçün, deyilən ərazinin torpaqlanması üçün "Azərkimya" öz ərazisindən 6000 maşın torpaq ayırdı. Amma hər dəfə bunu belə etməklə problem həll olunmur. Çox istərdik ki həmin ərazidə Balaxanıda olduğu kimi məişət tullantılarının utilizasiyası zavodu tikilsin. Bu, çox ciddi məsələdir. Əgər fikirləşsək ki, şəhərdə görülən işlər həm də turist cəlb etmək üçündür, demək təcili olaraq bu problemi aradan qaldırmaq lazımdır.”

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı