2014-01-29 15:34

“Oğul düşmən çəpəridir”

Anan səni doğanda
Adını "Bəsdi” dedi.
Əllərimi bu fələk
Oğuldan kəsdi dedi.
Beləydi qayda bizdə
Qız doğanda analar
Baxıb qara geyərdi
Su üstündə sonalar.

Dünyaya övlad gəlir, amma nədənsə oğlan uşağı dünyaya gələndə hamı çox sevinir. Axı "oğul arxa, düşmən çəpəridir” deyib atalarımız.

Bu gün Azadlıq.biz saytında bir yazı oxudum. Yazılan bu cümləni gördükdən sonra çox məyus oldum.
"Cəmiyyətin iyrəndiyi şəxs o cəmiyyətin qazisindən, gənc yazarından, siyasi liderindən daha ləyaqətli ola bilərmiş”.

Bu cümlə nə dərəcədə doğrudur?

Müəllifin Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş bir qazini bu dərəcədə təhqir etməyə haqqı vardırmı?
Bəli, bu təhqirdir. Azərbaycan kişiliyi üçün, bu torpaq uğrunda vuruşan, damarlarında əsl kişi qanı axan oğullarımız üçün, qadınlığı ilə döyüşlərdə canını güllə qarşısına atan qadınlarımız üçün təhqirdir.

"İsa ideyası uğrunda öldü”.

Hansı ideya? Homoseksuallıq nə vaxtdan ideya olub?
Müxbir öz fikirlərini yazıb, bəs sayt?
Bu qədər iyrənc, ikrah hissi yaradan yazı nə üçün saytda dərc olunur?
İsanın əlində tutduğu yazıda belə yazılır:

"Tanrı hər kəsi yaratdığı kimi sevir.”

Tanrı qadını qadın, kişini kişi kimi yaradır. Lazım olsaydı, İsa da qadın yaradılardı.
Bu yazını yazan İsaya bəraət qazandırmaqla nə söyləmək istəyir? Homoseksuallığamı bəraət qazandırır, ya intiharara mı?
Nəzərinizə çatdırım ki, işğalda olan Qarabağı azad etmək üçün Azərbaycan xalqına canından belə keçməyə hazır olan əsl kişilər lazımdır, daha homoseksuallar yox.

Lalə Asifqızı

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı