2016-07-14 12:07

Dəhşətli kadrlar: ruhun bədəndən çıxdığı an çəkildi - FOTO

ABŞ-da çəkilmiş iki foto sosial şəbəkələrdə geniş müzakirə olunur.

ABŞ-da çəkilmiş iki foto sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu fotolar heyrət və təəccüb doğurur.

LiderXeber.az milli.az-a istinadən bildirir ki, olay ABŞ-ın Kentukki ştatındakı Pauell Kaunti rayonunda yaşanıb. Fotoları həmin an hadisə yerindən keçən yük maşınının sürücüsü Sol Vaskes çəkib.

Vaskes Facebook-dakı profilində yazıb ki, "Bert T Combs Mountain Parkway" yolunda olarkən minik avtomobilinin vurub kənara atdığı motosikletin sürücüsünün can verdiyini görüb.

"O, bir qədər xırıldadı, sonra keçindi. Həmin an vücuddan qəribə buludun çıxdığını gördüm. Həmin bulud sanki insan ruhu idi", - Vaskes yazıb.

Vaskesin çəkdiyi fotolardan birində yol kənarındakı cəsədin üzərində gerçəkdən də sanki ruh təki substansiya görünür.



Günay Cəfərova

LiderXeber.com
 
SON XƏBƏRLƏR


Yuxarı