2016-07-14 10:57

Alimlər piylənmənin səbəbini tapdı

Araşdırma zamanı alimlər 9528 iştirakçının məlumatlarını təhlil edib.

Miçiqan universitetinin alimləri lazım olduğundan az su içməyin artıq çəkiyə səbəb ola biləcəyini müəyyən edib.

LiderXeber.az-ın məlumatına görə. əksinə, çoxlu su içmək artıq çəkidən qurtulmağa kömək edir.

Araşdırma zamanı alimlər 9528 iştirakçının məlumatlarını təhlil edib.

Məlum olub ki, qədərindən az içilən su orqanizmin piylərə qarşı mübarizəsini zəiflədir.

Araşdırma nəticəsində məlum olub ki, 18-64 yaş arası insanların 30 faizi lazım olan qədər maye qəbul etmir. Bununla yanaşı, araşdırmaçı qrup sözügedən nəticələrin təhlili, dəqiqləşdirilməsi və yenidən yoxlanılması istiqamətində fəaliyyət göstərmək niyyətindədir.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı