2016-07-13 10:55

Əsəblərinizi dərmansız belə sakitləşdirin - Maraqlı üsullar...

Aramızda həssas insalar çoxdur.

Aramızda həssas insalar çoxdur. Belə hallarda tez özlərindən çıxırlar və gec sakitləşirlər. 

LiderXeber.az xəbər verir ki, araşdırdığımız üsullar belə insanaların köməyinə çatacaq.

Əllərin massajı

Gərginlik keçirən, əsəb problemi yaşayan insanlar tez-tez yumruqlarını sıxırlar. Bədən gərgin halda bu vəziyyətdən çıxmaq üçün insana işarə verir. Ovucun içini massaj etmək insanı sakitləşməyə kömək edir. Həmçinin, bu massajı hər vaxt etmək olar.

Gözləri bağlayın

80% sensor stimulyasiyası gözlərdən gedir. Gözləri bağlamaqla bir neçə dəqiqə fasilə vermiş olarıq. Yüksək həssas insanların buna daha çox ehtiyacı var. Elen Eyrona görə, sağlam həyat sürmək üçün insana yataqda 9 saat gözü yumulu uzanmaq lazımdır. Yuxulamaq əsas şərt deyil. Sadəcə sakit uzanmaq kifayət edər.

Dincəlin

Sakitləşməyin ən sadə yollarından biri də dərindən nəfəs almaqdır. Dərindən nəfəs alınır və 5- ə kimi sayılır, nəfəs buraxılır. Bunu bir neçə dəfə təkrarlayın.

Özünü qucaqlama

10 saniyəlik özünü qucaqlama ürək riskini, stressi, yorğunluğu aradan qaldırır, immun sistemini bərpa edir. Bədəni qucaqladıqda əllər möhkəm sıxılır. Bu hall bədənin sakirləşməyinə kömək edir.

Divara güc edərək...

Əlləri divara söykəyin və bütün bədəni 5-10 saniyə ərzində sıxın. Bu vəziyyət bədənin gərginlikdən çıxmasına kömək edəcək. Bədəni bir neçə saniyə sıxdıqda əsəb sistemi sıxılmadan normal vəziyyətə gəlir.

"Supermen" vəziyyəti


Qarnı aşağı uzanılır, əllər önə uzadılır. Həmçinin, ayaqlar da eyni formada uzadılır. Bu vəziyyətdə 10 saniyə uzanın. Bu hərəkət insana çox gözəl rahatlıq verir.

Çoşmaq


Orqanizm stress keçirdikdə bədən çoşur. Bədən coşduqda əslində bədənlə mübarizə aparır. Bu hətta heyvanlarda da yaşanır. Məsələn, antilopa hansısa vəhşinin ağzından qurtardıqda bir neçə saniyyə tullanır. Əsəb keçirən zaman bunu tətbiq etmək məsləhətdir. Həmçinin, əl-ayaq, bədənlə 5-10 dəqiqə edildikdə yüngünləşməni müşahidə etmiş olacaqsınız.

Lopuq çalmaq


Ən əvvəl 5 saniyyəlik nəfəs alınıb-verilir. Orudlar şirşirdilir 5 saniyə ərzində nəfəs buraxılır.

Bu hərəkətləri yalnız həyata keçirmək lazımdır. O zaman bədənin rahatlaşdığının şahidi olacaqsınız./gecce.az/

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı