2016-07-08 12:36

Bakının bu rayonunda su olmayacaq

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xətai rayonunda içməli suyun verilməsində bu gün məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən LiderXeber.az-a verilən məlumata göpə, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar 8 iyulda gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı