2016-07-04 12:03

24 saat su olmayacaq

Bu gün Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlə olacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən LiderXeber.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir. 

Bununla əlaqədar iyulun 4-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abonentlərdən üzr istəyir.

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı