2014-01-30 14:59

Həyata artıq pozitiv baxıram

Bəzən düşünürəm ki, bəlkə cəmiyyətimizə nəsə bir yeniliklə fərqlilik qatım... Buna həm cəhd, həm də risk edirəm... Amma bu cəmiyyət... Bu insanlar... İnsani dəyərlərə dəymirlər... Niyə, bilirsiz? Dəfələrlə insanların təbəssümünə aldanmışam... Elə bu da mənə həyatda yaşama və mübarizə aparma gücü verib... Düzdür, peşman olduğum məqamlar olub. Amma hər bu kimi alçaq, şərəfsizlərdən bir dərs almışam... Və indi hər zərbəyə cavab verəcək gücdəyəm! Ancaq insanı nədir bu yerdə narahat edən? Bu insanların üzə gülərək arxadan başqa cür davranmaları, ikili oyun oynamalarını görəndə nə edəcəyimi bilmirəm... Axı olmazmı saf, təmiz bir düşüncə ilə həyatımızı normal olaraq yaşayaq? Olmazmı yalansız, maskasız bir parlaq həyat sürək? Və yenə düşünürəm. Nəticəsi isə budur ki, bizim cəmiyyətimizdə heç nə düzələn deyil. Elə düzəlməyəcəyini bildiyimə görə də tez-tez üzülür və ah çəkirəm... Nə olar, ay cəmiyyət, insan kimi yaşayaq!!! Axı bu ikiüzlülüklə hara gedirik?! Şərəfsiz olmaqla nəyisə əldə edəcəyimizi düşünürük! Niyə?! Nəyə görə?! Məncə bu cəmiyyətimizdə heç bir düzəliş olmayacaq! Elə ona görə də ən yaxşı çıxış yolu həyatın dadını çıxarmaqdır. Görünməyən gözəlliklərlə tanış olmaq və bu həyatın əsas obyektinə yaxın olmaq... Uzaqlarda gözəlliyi tapmaq... Və bu çirkinlikləri görməməzlikdən gəlmək!!
Həyatın adı: Gülərək bu həyatda olan gözəllikləri tək-tək görmək... Ən gözəl yerlərə getmək və həyatın dadını çıxarmaq!
Cəmiyyətin adı isə şərəfsizlik, yalançılıq, maskadan maskaya girmək!!!
SON XƏBƏRLƏR


Yuxarı