2016-06-24 11:51

Bakının bu ərazilərinin suyu kəsiləcək

Bakının bu ərazilərinin suyu kəsiləcək. 
 
"Azərsu " ASC-dan LiderXeber.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar 24 iyun 2016-cı il tarixində gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu " ASC abonentlərdən üzr istəyir.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı