2016-06-21 13:18

3 uşaqdan 2-si öldü - Nazirlikdən Salyandakı faciəyə reaksiya

Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.

LiderXeber.az "Report"a istinadən xəbər verir ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

***

Səhiyyə Nazirliyi Salyanda baş verən faciəyə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22: 15 də üçəm dünyaya gətirib: "31 həftəlik hamiləlikdən üçəm doğulub. Uşaqların çəkisi çox balaca olub. Onlara intensiv yardım göstərilib. Tibbi personalın bütün yardımlarına baxmayaraq uşaqlardan biri 1:00 da, digəri isə 1:10-da tələf olub. 

Mətbuatda yazılanlara gəlincə isə, qeyd edirəm ki, işıq rayon ərazisində gecə ikinin yarısında sönüb. Yəni uşaqların ölməsinin işıq məsələsinə aidiyyatı yoxdur. Bundan əlavə, xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var”.

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı